Türkiyə Qarabağda ölənlərin ruhunu tapdatmadı: Beton divarlarla Ermənistan sərhəddini hörür
05.03.2020 12:30Türkiyə hökuməti Suriya ilə sərhəddə təhlükəsizlik divarının tikintisini yekunlaşdırdıqdan sonra, belə bir layihənin Ermənistan və İran sərhədlərində də gerçəkləşdirmək niyyətindədir.
Об этом сообщает Роспрес
A24.Az oxu.az-a istinadla xəbər verir ki, Ermənistanla sərhəddə üç metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ardahan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.
Divarla yanaşı sərhəddə işıqlandırma sistemi, müşahidə kameraları və sensorlar quraşdırılacaq.
Bildirilir ki, Türkiyə bu addımı terrorçuluqla mübarizə çərçivəsində atır.
Bu addım həm də qaçaq yolla Türkiyədən Ermənistana milyonlarla dollar dəyərində qaçaqmal daşıyanlara ağır zərbə olacaq.
Bu həm də Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana, şəhid olanlarımıza bir qardaş mesajıdır.

