Türkiyə üçün tarixi qərar! Ərdoğan hakimiyyəti tam ələ aldı – VİDEO
05.03.2020 12:30Türkiyədə Konstitusiya dəyişikliyi 339 səslə qəbul edilib.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, Konstitusiya dəyişikliyinin birinci turu 9 yanvar bazar günü başlayıb və 7 gün davam edib. Təklifin ikinci turu isə 18 yanvar çərşənbə günü başlayıb və 8 gün davam edib. Hər iki turda da 18 maddə 40 dəfə səsverməyə qoyulub.
Səsvermə nəticəsində deputatlardan 339-u qəbul, 148-i rədd, 5-i boş, 2-si keçərsiz səs verib.
Sonda baş nazir Binali Yıldırım nitq söyləmək üçün kürsüyə çıxıb: “Konstitusiya dəyişikliyi təklifinin görüşlərini etdik. Dəyişiklikləri düzəldəcək olan əziz türk millətidir. Vəkillər olaraq bizə verilən vəzifəni yerinə yetirdik. İndi söz millətindir. Möhür millətin əlindədir. Millətimiz bu məsələdə son sözü deyəcək və qərarı verəcək. Türk milləti cümhuriyyətə, cümhuriyyətin dəyər və qazanclarına aşiqdir. Bu əziz millət 23 aprel 1920-ci ildə bu məclisi qurub. Qəhramancasına qurtuluş savaşı verib. İstiqlalını özü qazanıb. 29 oktyabr 1923-cü ildə cümhuriyyəti elan edib sahib çıxdı, qorudu və böyüdərək bu günlərə gətirdi. 15 iyul gecəsi bu nəcib millət höküməti, dövləti, ölkəni canı bahasına qorudu, dünyanın heyranlığını qazandı. Hər sandıq önünə gələndə ən doğru qərarı verdik. Millət bu konstitusiya dəyişikliyində də ən doğru qərarı verəcək. Millətimizin sandığa ağlıyla, vicdanıyla səs verəcək. Türkiyə üçün ən doğru seçimi edəcək. Millət hər şeyin ən yaxşısını biləndir. Bu dəyişikliklər zamanı çox önəmli işlərə imza atıldı. Türkiyə Böyük Millət Məclisi işçilərinə, stenoqraflara, bizə xidmət edən əməkdaşlara, mühafizəçilərə və məclis damı altında çalışan hər kəsə təşəkkür edirəm. Millətin verəcəyi qərar başımız, gözümüz üzərindədir. Bu kontitusiya dəyişikliyinin ölkəmiz, gələcəyimiz üçün uğurlu olmağını diləyirəm”.

