Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə və Azərbaycan bu birliyə üzv olarsa, ermənilər üçün sərhədlər açılacaq

05.03.2020 12:30

Türkiyə və Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olarsa ermənilər üçün sərhədlər açılacaq.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, bu fikirləri  Beynəlxalq  Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi sədri Göksəl Gülbəy deyib.

Onun sözlərinə görə, Avropa Birliyində olduğu kimi bu birlikdə də, üzv ölkələr bir-birinin torpaqlarında sərbəst gəzmə hüququ əldə edirlər.

“Rusiya Avrasiya İqtisadi Birliyinə üzv sayını artırmaq üçün Türkiyə və Azərbaycanı da məsələyə qatmağa çalışır. Rusiya münaqişəni, işğal edilən Azərbaycan torpaqlarını Türkiyənin yaddaşında silməyə çalışır. Azərbayacan torpaqları işğal altında olduğu üçün Ermənistanla sərhədlər bağlıdır. Torpaqlar geri verilmədikcə, qətl edilən azəri qardaşlarımzın intiqamı alınmadıqca sərhədlərin açılması mümkün deyil”.

Göksəl Gülbəy hesab edir ki, Avrasiya İqtisadi Birliyi Rusiyanın  gizli plandır:

“Rusiya,   oyuncağı olan Ermənistanın əliylə işğal etdiyi Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq niyyətindədir. Rusiya Türkiyə və Azərbaycanı, Ermənistanla uzlaşdırmaq üçün AİB-nə üzvlük layihəsini və 5 rayonun boşaldılması planını təklif edir. Bu Azərbaycanın deyil, Rusiya və Ermənistanın xeyrinədir. Türkiyə və Azərbaycan rəhbərliyi bu oyundan ehtiyyatlı olmalı və erməni dövlətinin qurulmasına icazə verməməlidir”- deyə Gülbəy bildirib.

Nərmin Kərim