Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədə Azərbaycana aid maraqlı faktların yer aldığı tarixi sənəd tapıldı

05.03.2020 12:30

Osmanlı Dövləti və Azərbaycan Türk Xanlığı arasındakı münasibətlər Dövlət Arxiv Müdürülüyündəki tarixi sənədlərdə yer alıb.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Türkiyədə Azərbaycanla bağlı tarixi sənəd aşkarlanıb. Azərbaycan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev uzun araşdırmalar nəticəsində Türkiyə hökumətinin arxivlərində Azərbaycan üçün əhəmiyyətli olan tarixi sənədin tapıldığını açıqlayıb.

Dövlət Arxivləri Baş Müdürlüyündən əldə edilən arxiv sənədlərində Osmanlı Dövləti və Azərbaycan Türk Xanlığı arasındakı münasibətlər haqqında maraqlı faktlar yer alıb.

1578-1914-cü illərə aid tarixi arxiv sənədində həmin illərdə İrəvanda 700 min azərbaycanlının yaşadığı qeyd edilib. Yeni kəşf edilən arxiv sənədi dəlil olaraq Tarix İnstitutuna təqdim olunacaq.

Əvvəllər yalnız Azərbaycan türklərinin məskunlaşdığı İrəvan Xanlığı (keçmiş Azərbaycan xanlıqlarından biri) hazırda Ermənistanın paytaxtı olaraq tanınmaqdadır.

Firuzə Alimova