Türkiyədə azərbaycanlıların da olduğu zəncirvari yol qəzası: 1 nəfər ölüb, 4-ü xəsarət alıb
05.03.2020 12:30Antalyada yaşanan ağır yol qəzasında 1 nəfər dünyasını dəyişib, 4 nəfər yaralanıb.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Manavqatdan Antaliyaya gedən 31 yaşlı Adəm Çolakoğlunun idarə etdiyi 07 NUP 26 nömrə nişanlı avtomobil sol tərəfinə keçmək istədiyi 07 ZG 229 nömrə nişanlı avtobusa çırpılıb. Hadisə zamanı daha iki avtomobil də bir-biri ilə toqquşub. Daha sonra toqquşan avtomobillər Nizayi Erkulun idarə etdiyi 45 TD 771 nömrə nişanlı yük maşınına dəyib.
Qəza zamanı ağır yaralanan sürücü Adəm Çolakoğlu aparıldığı xəstəxanada dünyasını dəyişib.
Zəncirvari qəzada biri ağır olmaqla 2 türk və iki azərbaycanlı – Ziya Səfərov və Leyla Səfərova xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Firuzə Alimova / MTM

