Türkiyədə baş verən yanğında 3 azərbaycanlı ağır yaralandı
05.03.2020 12:30Türkiyənin Samsun şəhərində baş verən yanğında bir ailədən 3 nəfər ağır yaralanıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, onlar azərbaycanlılardır.
Baş verən yanğında 49 yaşlı Etibar, 45 yaşlı Aynur və Giresun Universitetində təhsil alan 19 yaşlı Murad Allahverdiyevlər ağır xəsarət alıb.
Havza Dövlət Xəstəxanasında yaralılara tibbi yardım göstərilib. Vəziyyətləri ağır olduğundan Murad tibbi helikopterlə, Aynur və Etibar Allahverdiyevlər isə quru yolu ilə Samsunda başqa bir xəstəxanaya köçürülüb.
İlkin ehtimala görə, yanğına səbəb elektrik sobasının divardan asılan hissəsinin aşırı qızması olub.
Nərmin Kərim, MTM

