Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədə Diyanət ortaya alimləri ayağa qaldıracaq iddia atdı: “Hormonlu imsak”

05.03.2020 12:31

Dini İşlər İdarəsi bu il Ramazanla bağlı maraqlı fikirlər səsləndirib. İdarənin astronomiya üzrə müşaviri isə bütün fiqh alimlərini ayağa qaldıracaq iddia ortaya atıb.

Об этом сообщает Руспрес

Saytımız “din.az”a istinadən həmin müddəanı təqdim edir:

“Dünya 1400 il bundan əvvələ qədər daha işıqlı olub. Belə olduqda, 1400 il əvvəl gözlə görülən günəşin atmosferə saçılan ilk şüaları artıq görünməz olub. Ona görə də bu gün biz bu işığı yalnız Prof. Sacit Özdemirin yüksək səviyyədə çəkilən fotoşəkillərində görə bilirik. Yəni imsakı adi gözlə görmək artıq mümkün deyildir”.

Möhtərəm türk alim Prof. Dr. Özdemir “İmsaq məsələsinə mən aydınlıq gətirərəm, siz öz işinizi görün” dediyi mətbuat konfransında göstərdiyi fotoşəkli sanki yeni bir planet tapmışcasına təqdim etməsi bu səbəbdəndir”.
“Erkən toplanan limon, naringi və bananları saraltmaq üçün xüsusi hiylələr edirlər. Ən bilinəni kükürdlə saraltmaqdır. Sacid bəyin imsaqı da buna bənzəyir. Gecə vaxtı belə şeylər etsən Sacid bəyin əldə etdiyi hormonlu imsaq görüntüsü ortaya çıxar”.

Oruc Allah üçün tutulur. Bu məsələnin vaxtını və hamının görəcəyi işarələri yaradan da Allahdır. O, bunun necə yaranacağını da Quranda buyurub:

“… Fəcrin olduğu tərəfdə, ağ xətt qara xətdən sizə görə tam seçilənə qədər yeyin, için…” (“Bəqərə” surəsi, 2/187)

Üfüqə baxdıqda yer üzünün qaranlığı ilə göy üzünün eninə qırmızılıq və ağlığı bilinməlidir. Bu qədər sadə bir şey.

Allah bu dini yalnız ekvator və ətrafında olanlara nazil edib? Allah burada yaşayanları ibadət vaxtlarında çətin vəziyyətdə qoyub?

Yüksək texnologiya ilə insan gözünə ən yaxın nəticələr olduğu halda, insan gözünün ayırd etmədiyi işıq şüalarına əhəmiyyət verərək çəkilən fotoşəkillərlə imsaqı müəyyən etməyə çalışmaq nə deməkdir?
Bu düşüncədə olanların fikrincə, teleskop olmadan imsaq vaxtını bilmək mümkün deyildir.
Görün müsəlmanları nələrlə yorurlar!