Türkiyədə əməliyyat : 22 hərbçi həbs edildi
05.03.2020 12:31Türkiyə Silahlı Qüvvələrinin 22 hərbçisi həbs olunub.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bu haqda Türkiyənin Hüriyyət nəşri xəbər verir.
Yayılan məlumatda bildirilir ki, sentyabrın 11-də Türkiyə Təhlükəsizlik Baş İdarəsinin xüsusi əməliyyatı nəticəsində Türkiyə silahlı qüvvələrinin 22 zabit və gizir heyəti həbs edilib. Polis bölmələri, Ankara, İstanbul və İzmirdə eyni zamanda əməliyyat keçiriblər. 9 nəfər barəsində isə axtarış elan edilib. Saxlanılan hərbçilər FETÖ təşkilatının üzvləri olmasından şübhəli bilinirlər.
Qeyd edək ki, 2016-ci ilin iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi göstərilib. Hərbi çevriliş etməyə cəhd edənlər arasında Türkiyə Silahlı Qüvvələrinin ali zabit heyəti də iştirak edib. Paytaxt Ankaraya tanklar daxil olub, həmçinin aviasiya sistemindən də istifadə olunub. Amma hərbi çevriliş cəhdi baş tutmayıb.
Orxan Aslanlı / A24.az

