Türkiyədə ölüm hökmü ilə bağlı referendum keçirilə bilər – VİDEO
05.03.2020 12:31Türkiyə parlamenti ölüm hökmünün bərpa olunmasına dair qanun layihəsini qəbul etməzsə, ölkədə referendum keçirilə bilər.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, çıxışında qeyd edib ki, parlament təsdiqləyərsə, ölüm hökmünün geri qaytarılmasının tərəfdarıdır: “Belə dəyişikliklər konstitusiyaya düzəlişlər tələb edir. Əgər bu, parlament tərəfindən qəbul edilməzsə, biz bu məsələ ilə bağlı referendumun keçirilməsinə təşəbbüs göstərə bilərik. Xalq ölüm hökmünün geri qaytarılmasına səs verərsə, o zaman məsələ bağlanacaq”.
Qeyd edək ki, Türkiyədə son ölüm hökmü 1984-cü ildə icra olunub. 2004-cü ilin mayında Avropa İttifaqına daxil olmaq üçün standartlara uyğunlaşmaq məqsədi ilə bu hökm ləğv olunub.

