Türkiyədə Qarabağ parkında maraqlı tablo
05.03.2020 12:31Ankaranın Pursaklar kəndində yerləşən Qarabağ parkında, qardaşlığın simvolu olan yeni tablo asılıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, tabloda Türkiyə və Azərbaycan bayraqları yanaşı yerləşdirilib o cümlədən qardaşlığın tarixi və bələdiyyə sədri Səlcuk Çətinin mesajı var.
Ümumiyyətlə kənddəki 100-dən artıq parkda, tablolar yenilənərək, qırmızı- bəyaz rənglərlə boyanıb. Lakin Qarabağ parkında isə özəl tablo hazırlanıb və tablo Azərbaycan bayrağının rəngləri ilə bəzədilib.
Bələdiyyə sədrinin mesajına gəlincə, burada bildirilib ki, “26 fevral 1992-ci ildə Xocalı soyqrımında öldürülən bütün şəhidlərimizin önündə baş əyirik”
Nərmin Kərim, MTM

