Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədə təcavüzçünü öldürən ata üçün imza kampaniyası başladıldı

05.03.2020 12:31

A24.az xəbər verir ki, Türkiyənin Adana şəhərində 13 yaşlı qızına təcavüz edən 17 yaşlı Məhəmməd Rəşid İldırımı öldürən atanın (Əmrah B.) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Anayasa məhkəməsi tərəfindən əfv edilərək sərbəst buraxılması üçün imza kampaniyası başladılıb.
14 avqustda baş verən hadisədə M.R.İldırım qızına təcavüz etdiyi ata tərəfindən tapançayla qətlə yetirilib. Həbs edilən ata “13 yaşlı qızıma təcavüz etdi. Bu cinayəti başqa qızların da başına gətirməməsi üçün işlədim” deyib. Atanın sözlərini televiziyadan eşidən Fərhan Akay adlı şəxs imza kampaniyası başladıb. Kampaniyasında “Anayasanın 81 və 103-cü maddələrinə görə əfv fərmanı Türk millətinin milli birlik və ədalət içində yaşamasını əsas götürürsə, qızına təcavüz edəni öldürən Əmrah B. sərbəst buraxılsın” ifadələrinə yer verib və kampaniya üçün 15 min imza tələb edib. Artıq 13 min 715 nəfər imzalarıyla kampaniyaya dəstək verib.

Об этом сообщает Руспрес

Vəsilə İbrahim