Türkiyədə təyyarəni ildırım vurdu
05.03.2020 12:31Qış hazırlıq toplanışı üçün Türkiyənin Antalya bölgəsini seçən alman klubu “Erfurt”un təyyarəsini ildırım vurub.
Об этом сообщает Роспрес
A24.Az Milliyet-ə istinadən xəbər verir ki, Dalaman hava limanına təcili eniş edən təyyarədəki futbolçulardan xəsarət alanın olmadığı deyilir.
Səhər saatlarında 27 futbolçu ilə Antalyaya gələn alman klubunun Tvitter hesabından edilən açıqlamada: “Təyyarəmizi ildırım vurdu və fırtına bizi Dalamana düşməyə məcbur etdi”, – qeyd edilib.

