Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədə TIR sürücüləri Azərbaycan mənşəli şirkətə etiraz etdi

05.03.2020 12:31

Manisanın Soma bölgəsində maaşlarını ala bilmədikləri iddiası ilə  Türkiyə Kömür İşlətmələri (TKİ) Ege Linyitləri İşlətməsi (ELİ) qarşısında toplaşan və mədən sahələrində işləyən yük maşınlarının sürücüləri mediaya açıqlama verib.

Об этом сообщает Роспрес

Saytımızın “İhlas” xəbər agentliyinə isitinadən verdiyi məlumata görə, 3 aydır maaşlarını ala bilkmədiklərini iddia edən, mədən sahələrində işləyən özəl bir şirkətə məxsus TIR sürücüləri və operator olaraq işləyən 65-ə yaxın işçi TKİ ELİ qarşısında toplaşaraq etiraz ediblər. Artıq 3 aydır maaşalarını ala bilməyən işçilər şirkətin onlara nə maaşlarını vermədiyini, nə də işdən çıxmalarına imkan verməyərək onları çox pis vəziyyətdə qoyulduğunu qeyd ediblər. İşçilərdən “bayramda maaş ala bilmədik. Artıq 3 aydır ki, maaşlarımız verilmir. İşlədiyimiz firma isə Azərbaycan mənşəli bir firmadır. Tez bir zamanda sıxıntılarımızın həll edilməsini istəyirik” deyə bildirib.

Digər bir işçi Bayram Çetin isə “3 aydır maaş ala bilmirik. Hazırda hər birimiz maddi sıxıntıdayıq. Amma təzminat ödəməmək üçün işdən çıxmamıza icazə də vermirlər. Pis vəziyyədəyik. Dövlətin də bu vəziyyətdən xəbəri var, ancaq hələ bir nəticə yoxdur. Bizə ya çıxmamıza icazə versinlər, ya da pulumuzu…” deyə fikirlərini səsləndirib.

İşçilər etdikləri etiraz aksiyasında fikirlərini səsləndirdikdən sonra münaqişəsiz şəkildə ərazidən uzaqlaşıblar.

Firuzə Alimova / MTM