Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədə yaşayan ermənilər türklərdən daha xoşbəxtdir

05.03.2020 12:31

Türkiyədə aparılan araşdırmada İstanbula köç edən miqrantların Türkiyə xalqından daha xoşbəxt olduqları təsbit edilib.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, BTM-nin 2013-cü ilin sonunda verdiyi açıqlamasında, Qlobal Miqrasiya Hesabatının Statistikasına görə, bu gün dünya əhalisinin 3,2 faizi, yəni təqribən 232 milyonu doğulduqları ölkədə deyil, xaricdə yaşayır. Müharibə kimi problemlərdən dolayı xarici ölkələrə axın edənlərlə yanaşı, daha yaxşı həyat şəraitində yaşamaq üçün köç edən insanların ilk hədəfləri maddi gəlirlərini artırmaqdır.

Lakin İstanbula xarici ölkələrdən gələn əcnəbi miqrantlarla bağlı aparılan araşdırmada bir məqam xüsusi diqqət çəkib. Belə ki, araşdırma zamanı İstanbula köç edən miqrantların Türkiyə xalqından daha xoşbəxt olduqları müəyyən edilib. Çünki miqrantlarla bağlı aparılan araşdırmaların bir çoxunda köç edən qaçqınlar getdikləri ölkələrdə rahatlıq tapa bilmədikləri üçün özlərini xoşbəxt hiss edə bilmirlər. Lakin İstanbuldakı qaçqınlarla bağlı araşdırmada tamam əks nəticələr əldə edilib. Onların istər Türkiyə xalqından, istərsə də İstanbul əhalisindən daha xoşbəxt olduqları təsbit edilib.

Araşdırma zamanı Türkiyədə yaşayan qaçqınların hansı millətdən olduqları araşdırılarkən birinci yerdə Özbəkistan, Rusiya, Türkmənistan, Gürcüstan və Ermənistan gəlir. Hətta araşdırma zamanı İstanbulda yaşayan 1000-ə yaxın qaçqınla söhbət də aparılıb.

Türkiyədə erməni qaçqınlarla yanaşı digərlərini də məmnun edən başlıca səbəb səhiyyə və təhsil sistemi, miqrasiya siyasəti, demokratik fəaliyyət, insan hüquqlarına hörmətdir.

Firuzə Alimova