Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədən acı ETİRAF: “Ruslarla işbirliyi qurub Azərbaycanı onlara verdik!” – ŞOK İDDİA

05.03.2020 12:31

Türkiyənin Sakarya Universiteti Orta Şərq Universiteti tərəfindən “Türkiyə xarici siyasətində həqiqət və fərziyyələr” mövzusunda seminar keçirilib.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə KİV-nə istinadən bildirir ki, universitetin Qüds salonunda keçirilən seminarda Üsküdar Universiteti Siyasət Elmi və Beynəlxalq Münasibətlər fakultəsinin müəllimi Ali Gümuhluoğlu çıxış edib.

Çıxışı zamanı Ali Gümuhluoğlu Türkiyənin dünya gücü olmayacağını, lakin bölgədə güclü olması üçün qarşısında bəzi maneələrin olduğunu deyib:

“Türkiyə ovuc böyüklüyündə bir ölkədir. Dünya gücü ola bilməz. Dünya gücü olması üçün ciddi nüfuza sahib olması lazımdır. Ciddi coğrafi bölgəyə sahib olmalıdır. Biz bölgədə güc sahibi olmaq istəyirik. Amma bunun üçün qarşımızda iki maneə var. Bunlar Rusiya və İrandır. Çünki Rusiya da, İran da bölgədə güc sahibi olmaq istəyir. Dolayısı ilə bizim rəqiblərimiz bunlardır”.

Daha sonra Türkiyənin keçmiş tarixindən, yürütdüyü xarici siyasətdən danışan Ali Gümuhluoğlu Osmanlı dövlətinin Birinci Dünya Müharibəsinə İngiltərənin yanında girmək istədiyini, lakin bunun baş tutmadığını, Almaniya ilə birlikdə savaşaraq nəticədə məğlub olduğunu qeyd edib:

“Müharibədə məğlub olmaq, çarəsiz qalmaq deməkdir. Biz də məğlub olduğumuz üçün ruslarla işbirliyi qurmaq məcburiyyətində qaldıq. Bunun qarşılığında da Azərbaycanı ruslara verdik. Bu, 1930-cu ilin ortalarına qədər davam etdi. Daha sonra o dövrün suveren gücü İngiltərə ilə yaxınlaşdıq. İkinci Dünya Müharibəsinin sonunda savaşa İngiltərə ilə girdik. İkinci Dünya Müharibəsindən sonra Qərbdə yerimizi aldıq və NATO-nun üzvü olduq”.

Türkiyənin NATO-dan başqa sığına bilməyəcəyi bir yolunun olmadığını söyləyən Ali Gümuhluoğlu “1990-cı illərdən sonra işlər dəyişdi və faciəvi hal aldı. Hələ də istiqamətimizi bilmirik. Bizim bir çox tutunacaq mövqelərimiz var. Hazırda xarici siyasət əlaqələrində əlimizdə yeganə tutunacağımız NATO-dur. Çünki heç bir tutunacaq yeri olmayan ölkələr artıq çör-çöp olacaqlar” deyə bildirib.

 A24.az / MTM