Türkiyədən gələn cərrah Xankəndində erməni ürəklərini pulsuz əməliyyat edir
05.03.2020 12:31Avqustun 10-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə Avstriyada yaşayan Türkiyə əsilli cərrah Ara Uquryan da təşrif buyurub.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, bu haqda separatçı rejimə məxsus KİV-lər məlumat yayıb. Müxbirlə söhbət zamanı qeyd edib ki, ilkin olaraq əməliyyata ehtiyacı olan xəstələri müayinə etmək və avqustun 13-ə kimi onları təcili əməliyyat etmək lazımdır. Qondarma rejimin “səhiyyə nazirliyi”nin dəvəti ilə Xankəndindəki tibb mərkəzində fəaliyyətə başlayan həkim bir neçə gün ərzində 10-12 erməninin ürəyini müalicə, yaxud əməliyyat etməyi planlaşdırır.
Ara Uquryan Xankəndinin tibb mərkəzində David Xaçatryanla birlikdə çalışır və ilk növbədə arterial hipertenziya simptomları olan xəstələr müalicəyə cəlb edib. Çünki bu halda yüksək texnologiyalardan istifadə etmək lazım gəlir. Bu məqsədlə cərrah Avstriyadan xüsusi ləvazimatlar da gətirib. Ehtiyac yaranacağı halda ermənilərin ürəkləri əməliyyat olunacaq.
Xəbərdə qeyd edilir ki, cərrah Ara Uquryan Türkiyədə anadan olub. O, hazırda Avstriyada yaşayıb işləyir və ən yaxşı tibb mütəxəssislərindən biri kimi nüfuz qazanıb.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Lakin nazirlikdən zəngimizə cavab verən olmadı.

