Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyədən şəhid ailələrinə “Həcc” jesti

05.03.2020 12:31

Türkiyədə Diyanet İşləri Nazirliyi 2008 və sonrakı illərdə qeydiyyata düşən qazi və şəhid ailələrinə pulsuz həcc təklif eidib.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Diyanet İşləri naziri Prof.Dr.Mehmet Görmez 2008-2017-ci illərdə həccə getmək üçün qeydiyyatdan keçən bütün qazi və şəhid ailələrinin pulsuz həccə aparılmasını təklif edib. Görmezin tələbi Həcc və Ümrə qurumu tərəfindən qəbul edilib. Artıq qəbul edilən təklifə görə şəhidlik və qazilik sənədlərini toplayan nazirlik, şəhidlərin anası, atası, həyat yoldaşı və evlənmiş övladları, qazilər və həyat yoldaşlarının həccə getməsi üçün onların müraciətlərini toplayır.

Qeyd edək ki, ötən il Türkiyədə 750 qazi və şəhid ailəsi Diyanet İşləri Nazirliyinin təşkilatçılığı ilə həccə gedib. Lakin bu il bu rəqəmin 4 min 500-ə yaxınlaşacağı bildirilir.