Türkiyəli futbolçu dörd ay futboldan qovuldu – BÜTÜN GÜNAH ATAMDADIR!
05.03.2020 12:312011-ci ildə Türkiyənin “Trabzonspor” klubuyla müqavilə şərtlərinə əməl etmədiyi üçün FIFA-nın 4 aylıq futboldan uzaqlaşdırdığı Türkiyə millisinin və Leverkuzen “Bayern”inin futbolçusu Hakan Çalhanoğlu cəza ilə bağlı ilk açıqlamasını verib.
Об этом сообщает Роспрес
A24.Az-ın məlumatına görə, məşhur futbolçu bildirib ki, bu cəzada əsas səbəbkar atasıdır: “17 yaşım olanda atam Darmştadt şəhərində “Trabzonspor” rəsmiləri ilə görüşmüşdü. Sonra evə gəldi və “Hakan, bu müqaviləni imzalamalısan” dedi. O, böyük səhv etdiyini bilir. Qərara görə çox üzgündü. Həyatımın sonuna qədər mənim atam olaraq qalacaq, amma bundan sonra karyerama bir də heç vaxt müdaxilə edə bilməyəcək”.

