Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyəli həkim dünya tibbində inqilab etdi: Böyrəyi uşaqlıq yolu ilə çıxardı

05.03.2020 12:31

“Təcrübəsiz olduqlarından,  orqanını bağışlayan insanı yarırlar. Nəticədə insan sürünür , heç 10 həftəyə də sağalmır”

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bu fikirləri türk mütəxəssis, cərrah  Alihan Gürkan deyib.

“Halbuki bunun qapalı bir üsulu var. Dünya artıq belə edir. Mən böyrək  transplantasiyası  zamanı, orqanı qapalı,  yəni uşaqlıq yolu ilə çıxarıram. Doğumda uşaq çıxaran kimi. Çətin üsuldur amma öyrənmək lazımdır”- deyə mütəxəssis vurğulayıb.

Cərrah sözügedən tibbi yeniliklə ilk dəfə 2010-cu ildə rastlaşdığını deyib.

“Daha sonra bir xanım gəldi. Dedi ki, orqanımı bağışlayıram amma bədənimdə iz qalmasını istəmirəm. Həmin tibbi yeniliyi sınaqdan keçirdik Sonra da davamı gəlməyə başladı. Nəticəsi isə çox əladır. Hətta 70-80 yaşlarında qadında da bu üsulu tətbiq etmişik. Təsəvvür edin, əməliyyat olunub, növbəti gün xəstəxanadan evə buraxılırlar”.

Alihan Gürkanın sözlərinə görə, uşaqlıq yolu ilə böyrək çıxarılmasının heç bir riski yoxdur.

“Biz bunu  qaraciyərdə şiş xəstəliyində  də sınaqdan keçirmək  istəyirik.  Kiçildib, eyni yerdən çıxarmaq mümkündür. Kəsmənizə gərək yoxdur”.