Türkiyəli məşhur azərbaycanlı ailəyə yardım edənin evində konsert verəcək
05.03.2020 12:32Türkiyənin məşhur müğənnisi Haluk Levent tvitter hesabından paylaşım edərək övladları ağır xəstəlikdən əziyyət çəkən bir azərbaycanlı ailəyə dəstək istəyib.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, müğənni ailəyə yardım edəcək şəxsin evində orkestri ilə konsert verəcəyini bildirib:
“Azərbaycanlı ailənin 1,5 yaşındakı oğlu Cahidi tanıyırsız. İndi də onun qardaşı Ceyhunun ağciyərində şiş var. Ankara Mamak- Demirbahçe ərazisində səliqəli bir evdə qalmaları lazımdır. Kömək edənin evində orkestr qrupumla mahnı oxuyacam, söz verirəm. Ailənin başçısı ilə şəxsən görüşəcəm. Bu, həssas mövzudur. Güman edirəm ki, bir nəticə əldə edə biləcəyik”.

