“Türkiyənin 20 böyük şəhərində “Ve bir Americano..”nu imzalayacağam.” – Gülay Hüseynova
05.03.2020 12:323 ildir üzərində çalışdığım və tam 3 dəfə silib yenidən yazdığım “ve bir Americano..” romanım nəhayət ki, oxucularına qovuşdu. Bu kitabımın istər ürəyimdəki, istərsə də beynimdəki yeri bambaşqadır. İlk kitabım “P.S. Zaten boyun da küçüktü..”nü yazanda sadəcə həyəcanlıydım ki, oxucular qələmimi bəyənəcəklər, yoxsa yox.
Об этом сообщает Руспрес
Bu sözləri A24.az-a açıqlamasında gənc yazar, ssenarist Gülay Hüseynova Türkiyədə yeni çap olunmuş “Ve bir Americano…” kitabı barədə danışarkən deyib. O bildirib ki, romanın İstanbulda keçirilən təqdimatı böyük maraqla qarşılanıb:
“İndiki məsuliyyətim isə tamamilə ciddi və əsl yazıçı məsuliyyətidir. Çünki bu kitabı yazdığım müddət ərzində İstanbulda aldığım sinema və ədəbiyyat dərslərinin də qələmimi gücləndirdiyinin fərqindəyəm. Həm ilk kitabımın oxucularının etimadını doğrultmaq, həm də yeni oxucu kütləsi qazanmaq üçün “ve bir Americano..” romanımın üzərində səbrlə çalışdım. İlk kitabım Azərbaycanda nəşr olunmuşdu deyə hədəfim onu Türkiyəyə çıxarmaq idi və buna nail oldum. İkinci kitabım isə birbaşa Türkiyədə nəşr edildi və təbii olaraq mənim yazıçı hədəflərim də böyüdü.
“ve bir Americano..”nun ilk təqdimatı və imza günü ‘İstanbul TÜYAP Kitap Fuarı’nda oldu. İstanbullu oxucularımla olduqca gözəl və yaddaqalan bir imza günü keçirdik. Sürpriz qonaqlarımın gəlişi bir ayrı sevindirdi, əlbəttə. Məsələn, Türkiyədə Onur Gökşen isimli olduqca sevilən bir yazar var. İmza sırasında gözləyənlər arasında Onur bəyi görmək mənə böyük sürpriz oldu. Eləcə də fərqli səhnə performansları ilə seçilən “Dalganabak” qrupunun solisti Ozan Tura’nın və Türkiyənin ən çox dinlənən axşam prime-time’nın radio aparıcısı Fatih Yıldırımın (Alem FM) gəlişi. Ardınca Media FM’də keçmiş iş yoldaşlarım, radio aparıcıları Natik Dadaşov və İmran Nərimanzadənin gəlişi məni hədsiz sevindirdi. Sonda isə qələmini çox sevdiyim yazar Canan Tan’la tanış olduq, bir-birimizə kitablarımızı imzaladıq.
İmza günləri yazıçı ilə oxucu arasında olduqca güclü bağ qurur. Oxucularımın kitablarını imzaladığım zaman, o minimum vaxt çərçivəsində belə olsa tək-tək hamısı ilə maraqlanıram. Kimdirlər, nə iş görürlər, kitablarım haqqında rəyləri necədir və s. Çünki qələmimi sevən və məni görmək üçün işini-gücünü atıb gələn oxucumu tanımaq, haqqımdakı fikirlərini dəyərləndirmək borcumdur deyə düşünürəm.
Çalışdığım yayınevi ilə Türkiyədəki imza günü proqramlarımızı hazırlayırıq. Bu həftə sonu Mersin şəhərində imza günümüz var; ardınca Adana, Ankara, Samsun var siyahıda. Ümumilikdə isə Türkiyənin 20 böyük şəhərində “ve bir Americano..” üçün imza günləri planlayırıq. Dekabr ayının sonuna doğru Azərbaycandakı oxucularımın kitablarını imzalamağa gələcəyəm.”
Qeyd edək ki, yazıçının ilk kitabı olan “P.S. Zatən boyun da küçüktü…” kitabı 2015-ci ilin ən çox satılan kitabı olmuşdu.

