Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyənin bahalı 10 futbolçusu

05.03.2020 12:32

Transfer dövrü başlayandan Fenerbahçenin keçmiş oyunçusu Emre Mor, Almanyanın Borussia Dortmund klubundan İspaniyanın Celta Vigo klubuna transfer olundu.

Об этом сообщает Роспрес

İspaniya klubu Morun transferi üçün 12,5 milyon avro ödəyəcək.

Mor, keçən il 16 milyon avroluq müqaviləyə əsasən Borussia Dortmund klubuna transfer olunmuşdu.

Hazırda o, üçüncü ən bahalı Türk futbolçusu sayılır.

Bu siyahıya isə Barcelona-dan ayrılması gündəmdə olan Arda Turan başçılıq edir.

1 – Arda Turan: Atletico Madriddən Barcelonaya – 41 milyon avro

2011-də Galatasaraydan Atletico Madrid-ə 12 milyon avroya transfer olan Arda Turan, 2015-in yazında Atletico Madrid-dən Barcelona-ya 41 milyon avroya transfer edilib.

Turan, Barcelona tərkibində La Liga çempionluğu, İspanya Super Kuboku, iki dəfə də İspaniya Kral Kubokunu qazanıb.

2- Hakan Çalhanoğlu: Bayer LeverkusendəAC Milana – 22 milyon avro

Futbola Almaniyada başlayan Hakan Çalhanoğlu, Hamburg-dakı diqqət çəkən oyunu sayəsində 2014-də Bayer Leverkusen-ə transfer edilib.

Burada 3 mövsüm çıxış edən Çalhanoğlu, bu il İtaliyanın AC Milan klubuna 20 milyon avroya transfer edilib.

3- Emre Mor: Nordsjaelland-dan Borussia Dortmunda – 16 milyon avro

Danimarkanın Lyngby klubunda oynayarkın, 2015-in əvvəlində Nordsjaelland klubuna transfer olunan Emre Mor, Galatasarayın transfer maraq dairəsinə düşəndən sonra diqqəti özünə çəkməyə başlayıb.

Keçən ildən Türkiyə millisinə qatılan 20 yaşlı futbolçunu elə həmin ərəfədə də Borussia Dortmund klubu 16 milyon avroya alıb.

Burada keçirdiyi 12 oyunda ona bəslənən ümidləri doğrultmadığından, sonradan Emre Mor 12,5 milyon avroya Celta Vigo-ya transfer edilib.

4- Cengiz Ünder: Başakşehirdən Romaya – 15 milyon avro + satışdan 20%

Futbola Bucaspor klubunda başlayan Cengiz Ünder sonradan Altınordu klubuna keçib.

Buradan isə onu 1 milyon 450 min avroya İstanbulun Başakşehir klubu alıb.

Daha sonra isə, Ünder, 20 yaşındaykən İtaliyanın Roma klubuna transfer edilib.

5- Enes Ünal: Manchester City-dən Villarreal-a – 14 milyon avro

Futbola Bursaspor klubunda başlayan Enes Ünal, 2015-in yazında İngiltərənin Manchester City klubuna 3 milyon avroya transfer olunub.

Mançester City-dən ardıcıllıqla Genk, NAC Breda və Twente klubları tərəfindən icarəyə götürülən gənc hücumçu nəhayət İspaniyanın La Liga klubu Villarreal-a transfer edilib.

6- Yunus Mallı: Mainzdan Wolfsburga – 12,5 milyon avro

Futbola Borussia Mönchengladbach-da başlayan Yunus Mallı, 2011-də Mainz klubuna transfer olundu.

Bu ilin əvvəlində 25 yaşlı oyunçu Mainz klubundan Bundesliga-nın digər komandası olan Wolfsburg-a satılıb.

7- Nuri Şahin: Borussia Dortmunddan Real Madridə – 10 milyon avro

Futbola Dortmund klubunda başlayan Nuri Şahin, sonra Feyenoord tərəfindən icarəyə alınıb.

Feyenoord-da bir mövsüm oynadıqdan sonra Dortmund-a geri dönən Şahin, burada üst-üste üç il oynayıb.

2010-2011 mövsümündə Dortmund Bundesliga-da çempionluq adını qazandı. Bundan sonra o, 10 milyon avroya Real Madrid-ə transfer olundu.

Real Madrid-də gözlənilən səviyyəyə çatmayan futbolçu öncə Liverpool, ardından da Dortmund tərəfindən icarəyə götürülüb.

2014-2015-ci mövsümündə isə futbolçu bir daha transferlə Borussia Dortmund komandasına qayıdıb.

8- Mehmet Topuz: Kayserispordan Fenerbahçeyə – 9 milyon avro

Kayserispor klubunda oynayan Mehmet Topuz 2009-da Fenerbahçe tərəfindən 9 milyon avroya alınıb.

Fenerbahçe tərkibində Mehmet Topuz iki dəfə Türkiyə çempionluğuna nail olub. Aldığı zədələr səbəbindən son iki mövsümdə geriləyən futbolçunun klubu ilə müqaviləsinə xitam verilib.

Aprel ayında 33 yaşlı Topuz futbolla vidalaşdığını bəyan edib.

9- Gökdeniz Karadeniz: Trabzonspor-dan Rubin Kazana – 8,7 milyon avro

Trabzonspor klubunda yetişen və 1997-1998 mövsümündə peşəkar futbolda ilk addımlarını atan Gökdeniz Karadeniz 2008-ə qədər bu klubda çıxış edib.

2007-2008-ci mövsümün ortasında Rusiyanın Rubin Kazan klubuna transfer olunan Karadeniz burada iki dəfə Rusiya çempionluğuna nail olub.

10- Mevlüt Erdinç: Sochauxdan PSGyə – 8,5 milyon avro

Futbola Fransanın Sochaux klubunda başlayan Mevlüt Erdinç 2009-da Fransanın ən güclü klublarından sayılan Paris St-Germain-ə transfer edilib.

2011-2012 mövsümündə Mevlüt Erdinç Rennes klubuna satıldı və burada iki il oynayıb.

Daha sonra 30 yaşlı oyuncu ardıcıllıqla Saint Etienne, Hannover, Guingamp ve Metz klublarında çıxış etdikdən sonra bu ilin yazında Medipol Başakşehir klubu ilə müqavilə bağlayıb. (BBC)