Türkiyənin gözü yolda: Tramp “Obamalıq”edəcəkmi?
05.03.2020 12:32Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da yeni rəhbərliyin daha səmimi olduğunu bildirib.
Об этом сообщает Футляр от виолончели
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Ərazidəkilər yeni rəhbərliyi zəhərləməməlidir”, – deyə qeyd edən nazir çıxışında bir sıra mövzulara toxunub.
ABŞ-ın İŞİD-ə qarşı koalisiyadakı təmsilçisi Bret Makgurkun (Brett McGurk) əvəz olunmasının müsbət addım olacağını bildirən Çavuşoğlu, həmçinin Rakkanın yerli qüvvələrə təhvil veriləcəyi barədə təminat verildiyini də qeyd edib.
O, Gülənin ekstradisiyası məsələsinə də toxunub:
“Yeni dəlillər dəqiqliklə təhlil olunur. ABŞ FETO rəhbərinin müvəqqəti həbsi tələbini də müzakirə edəcək. Cənab prezident konkret olaraq lazımi mesajları da verdi”.
Almaniya və Türkiyə arasında davam edən “İncirlik” barədə gərginliyə münasibət bildirən Çavuşoğlu bildirib ki, Türkiyə ilə yaxınlaşmaq istəyənlər dost kimi yaxınlaşsın, müdir kimi yox. Almaniya “İncirlik”dən çəkilirsə, özü bilər.

