Türkiyənin məşhur müğənnisi ailəsi ilə birlikdə karavanda yaşayır
05.03.2020 12:32Türkiyənin məşhur ifaçısı Kıraçın həyat yoldaşı Aişə Şule Bilgiç və uşaqları ilə birlikdə artıq 5 ildir ki, İstanbulun Beykoz bölgəsində yerləşən Ali Bahadır kəndində yaşadığı ortaya çıxıb.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Kıraç yaxın dostlarından başqa heç kimin bilmədiyi kənd evinin qapılarını medianın üzünə açıb.
5 il bundan əvvəl həyat yoldaşı Aişə Şule Bilginçlə birlikdə bankdan kredit götürərək bu fermanı aldıqlarını və kreditlərini hələ də ödədiklərini açıqlayan müğənni “13 hektarlıq bir fermada 17 inək, 16 toyuq, 8 ördək və 5 hinduşka saxlayıram” deyib.
Ferma çökək sahədə olduğu üçün 5 ildir karavanda yaşamağa məcbur olduğunu deyərək, bununla bağlı əlaqədar qurumlara səsələnən Kıraç bütün ömrünü şəhər həyatında keçirənlərə isə “Torpaqdan gəldik, torpağa da gedəcəyik, kini və nifrəti arxamızda qoyaq” çağırışını edib.

