Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyənin “Qətər”i getdi, Ankaraya xəyanətin arxasından ABŞ və ərəblər çıxdı: Milyardlarla dollar, əsgəri baza və nələr…

05.03.2020 12:32

Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla,  8 ölkənin Qətərlə diplomatik münasibətləri dayandırması bütün dünyanın diqqətini bu ölkəyə yönəldib.

Об этом сообщает Руспрес

Daha hansı dövlətlərin bu addımı atacağı maraqla gözlənilir. Xüsusilə də, son illərdə Qətərlə münasibətləri sürətlə inkişaf edən Türkiyənin bu məsələdə hansı mövqedə dayanacağı hər kəsi düşündürür.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında ərəb ölkələrinin bu addımının Türkiyəni məyus etdiyini bildirib. O, Qətər və onunla diplomatik münasibətləri kəsən ölkələr arasındakı böhranın həlli üçün kömək etməyə hazır olduqlarını qeyd edib.

Türkiyəli politoloqlar Türkiyənin bu məsələdə tərəf tutmaq və bu ölkələr arasında seçim etmək məcburiyyətində olmadığını bildirirlər.

Politoloq Hakan Günəş də Səudiyyə Ərəbistanı-Qətər gərginliyində Türkiyənin münaqişənin həllində vasitəçilikdən başqa bir öhdəlik götürməməli olduğunu vurğulayıb. Türkiyənin Qətərdə hərbi baza qurmaq planına diqqət çəkən H.Günəş, “Türkiyənin hər iki ölkə ilə mühüm əlaqələri var. Nə qədər uğurlu olar bilmirəm, ancaq hər iki ölkəylə də yaxın əlaqəsi olan Türkiyənin bu gərginliyə qarışmaması, hər hansı bir şəkildə tərəf tutmaması lazımdır”, – deyə əlavə edib.

Səudiyyə Ərəbistanı və Qətər arasındakı gərginliyin son bir neçə il ərzində sürətlə artmasına toxunan H.Günəş bu qərarın gözlənilməz olmadığını bildirib:

“Bu iki ölkə arasındakı gərginlik üzün müddətdir davam edir. Çünki həm Suriyada, həm də Liviyada Qətər və Səudiyyə Ərəbistanının dəstəklədiyi qruplar sürətlə fərqlənir. Hətta bu iki tərəf Liviyada iki fərqli hökuməti dəstəkləyir”.

Digər bir tərəfdən isə Qətərə qarşı atılan bu addımın eyni zamanda Türkiyənin sıxışdırılmasına hesablanmış bir oyun olduğu bildirilir. Bir müddət öncə ABŞ prezidenti Donald Trampın ərəb ölkələrinə səfəri və bu səfərdən sonra həmin ölkələrin Qətərlə diplomatik əlaqələri kəsməsinin təsadüf olmadığı düşünülür.

Buna əsas kimi, keçmiş Pentaqon rəsmisi Maykl Rubinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına səsləndirdiyi mesajlar göstərilir.

Xatırladaq ki, M.Rubin 15 iyul hərbi çevriliş cəhdindən 4 ay öncə, “Rəcəb Tayyib Ərdoğan artıq yolun sonuna gəldi”, – deyə mesajlar vermişdi.

Bundan bir müddət öncə isə o, twitter səhifəsində “Görəsən, Ərdoğan Qətərin pulu ilə ödəmə edə bilmədiyi zaman gerçəkdə neçə adam onu izləyəcək?” mesajını paylaşmışdı.

Bütün bunlar Qətər böhranının ABŞ-ın vasitəçiliyi ilə Türkiyənin əlehinə hazırlanmış bir əməliyyat olduğu fikrini aktual edir.

Qeyd edək ki, politoloqlar Qətərlə diplomatik əlaqələri kəsən ölkələrin sayının 20-ə çatacağını bildirirlər. Çünki İslam Konfransı Təşkilatı üzvləri Səudiyyə Ərəbistanın maddi yardımına möhtacdır. Bu səbəbdən də başda kiçik Afrika ölkələri olmaqla, çox sayda ölkə Qətərlə əlaqələri kəsə bilər.

Xəyalə Bünyatova // A24.Az