Türkiyənin sualtı gəmilərinə yeni SUPER GÜC gəlir
05.03.2020 12:32Türk mühəndisləri yanacağı karbon di-oksid olan yeni bir güc sistemini inkişaf etdirib. 2017-ci ildə prototipi yaradılacaq sistem sualtı gəmilərin 5 gün dənizin altında qalma müddətini 90 günə qədər uzadacaq. Sistem həm az yer tutur, həm də səssiz işləyir.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, türk sualtı gəmilərinin dəniz altında qalma müddəti 5 gündən 90 günə kimi rekord bir müddətə qaldırılır. Türk mühəndislərinin üzərində işlədikləri karbon di-oksidlə işləyən güc sistemi həyata keçdiyi zaman Türkiyə Silahlı Qüvvələri sualtı gəmiləri atom sualtı gəmilərinin səviyyəsində işləyəcək.
Məlumat olaraq bildirək ki, Türkiyə sonuncu dəfə Almaniyadan aldığı yanacaq sistemi ilə sualtı gəmilər dənizin altında 15 günə qədər qala bilir. Atom sualtı gəmiləri isə sadəcə ABŞ və Rusiya kimi ölkələrdə istehsal edilir. Bu kimi sualtı gəmilər isə dənizin altında 3 aya qədər qala bilmə imkanına malikdir. “İdealab” tərəfindən istehsal ediləcək güc sistemi isə sualtı gəmilərin 90 gün dənizin altında qalmasını təmin edə biləcək. Bu yenilik ilə Türkiyə strateji bir güc qazanaraq bu sahədə irəli gedəcək.
Qeyd edək ki, hazırda Amerika, Almaniya və Şimali Koreya kimi ölkələr də bu sistemi əldə etmək üçün üzərində dayanmadan çalışır. Lakin Türkiyə bu sahədə daha irəlidədir.

