Türkiyəyə BÖYÜK TƏHLÜKƏ: Minlərlə PKK-lıya vətəndaşlıq verilib
05.03.2020 12:32Türkiyənin 2011-2015 illər arasında istisna vətəndaşlıq verdiyi 17 min Suriya və İraq vətəndaşının böyük hissəsi PKK və PYD nəzarətindəki bölgələrdən gəlib.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, bu iddia ilə Türkiyədə nəşr olunan “Yeni şafak” qəzeti çıxış edib.
Bu tarixlərdə Türkiyə vətəndaşlığı verilənlər arasında Bərzani və PKK adına çalışan dərnək, fond təmsilçiləri də var. Türkmənlər isə PKK-lıların vətəndaşlığının ləğvini tələb edir.
Vətəndaşlıq haqqı verilənlər arasında Bərzaninin nəzarəti altında olan Şimali İraqdan gələnlər üstünlük təşkil edib. Ərəblər ikinci, türkmənlər isə üçüncü yerdə dayanır. 2011-2015-ci illər arasında istisna hallarda vətəndaşlıq verilənlər arasında PKK-nı dəstəkləyən fond və dərnəklərin üzvləri də çoxluq təşkil edir.
Türkiyə vətəndaşlığı verilənlər arasında PKK və peşmərgəni dəstəkləyənlər sosial mediadakı hesablarında “Fırat qalxanı” əməliyyatını işğal kimi dəyərləndirib. (cebhe.info)

