Türkiyəyə istirahətə gedən 7 azərbaycanlı turist qəzaya düşdü
05.03.2020 12:32Muğlanın Yatağan şəhərində içərisində azərbaycanlıların olduğu avtomobil yoldan çıxaraq aşıb.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə KİV-lərindən əldə etdiyi məlumata görə, avtomobildə olan 7 azərbaycanlı xəsarət alıb. 22 yaşlı Leyla Şahverdiyevanın idarə etdiyi 34 AAB 549 nişanlı avtomobil Muğla-Aydın Gökpınar məhəlləsi ilə kəsişməsində idarəetmədən çıxaraq yol kənarında olan reklam tablosuna çırpılıb.
Qəza zamanı sürücü Leyla Şahverdiyeva ilə birlikdə Zərifə Şahverdiyeva (23 yaş), Roza Muradlı (4 yaş), Fidan (20 yaş), Mahirə Məmmədova (49 yaş) və Kamran Nuriyev (7 yaş) xəsarət alıb.
Xəsarət alan 7 azərbaycanlı turist təcili yardımla Muğla Sıtkı Koçman Universiteti Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Araşdırma zamanı məlum olub ki, qəzada xəsarət alanlar Türkiyənin Bodrum şəhərinə istirahət üçün gələn azərbaycanlı turistlərdir və həyati təhlükələri yoxdur.
Firuzə Alimova / MTM

