Kiprə qumar oynamağa gedən azərbaycanlılar pulsuz qalıb oğurluq etdi
05.03.2020 12:32Türkiyəyə qumar oynamaq məqsədi ilə gəlib 3-ü Qazimağusada, 1-i Lefkoşada olmaqla 4 evə basqın edərək içərisindəki əşyaları oğrulayan azərbaycanlı Rəşad Bədəlbəyli və Rüfət Quliyev haqlarında höküm oxunmadan həbsxanaya göndərilib.
Об этом сообщает Футляр от виолончели
Saytımızın əldə etdiyi məlumata görə, şübhəlilər işlətdikləri cinayətlərin mühakimə olunması üzrə 3 ayı keçməmək şərti ilə hökümsüz həbs olunaraq Lefkoşa Mərkəzi Həbsxanasına göndərilib.
Pulları olmadığı üçün oğurluq etdilər…
Hakim Türkiyə polisinin geniş araşdırmasından sonra qaçmaq ehtimalı olan şübhəlilərin həbsxanaya göndərilməsini tələb edib.
Qərardan əvvəl söz verilən azərbaycanlı Rəşad Bədəlbəyli cinayət törətdikləri gün spirtli içkinin təsiri altında olduqlarını və pulları olmadıqları üçün oğurluq etdiklərini deyib.
Hakim isə şübhəlilərin verdiyi izahatı və əməllərini ciddiyə alaraq, növbəti məhkəmə prosesinə qədər 3 ayı keçməmək şərti ilə onları həbsxanaya göndərib.
Firuzə Alimova

