Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türklər azərbaycanlılarla birləşib Avropa Şurası Parlament Assambleyasında QRUP yaratdılar – VİDEO

05.03.2020 12:32

Türkiyə əleyhinə olan açıqlamaları və qərarları ilə diqqət çəkən Avropa Şurası Parlament Assambleyasında yeni qrup yaradılıb.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, “Hür demokratlar” adlı qrupun üzvlərinin əksəriyyətini AK partiyasından olan millət vəkilləri və azərbaycanlılar təşkil edir.

“Hür demokratlar”ın AŞ PA-da alternativ bir siyasət yürüdəcəkləri irəli sürülür.

20 nəfərdən ibarət olan qrupun tərkibində Türkiyə millət vəkilləri ilə yanaşı, Azərbaycan və İtaliyanın da millət vəkilləri yer alır. Strasburda növbəti həftə keçiriləcək iclasda “Hür Demokratlar” qrupunun üzvləri arasında Türkiyədən 7, İtaliyadan 5, Azərbaycandan 4, Rumınya, Serbiya, Bosniya-Hersoqovina, San Marinodan isə 1 nəfər var.

Qaydalara görə AŞ PA-da siyasi qrup yarada bilmək üçün ən azı 6 ölkədən 20 millət vəkilinin bir araya gəlməsi lazımdır.

Saytımız sözügedən xəbərin videogörüntüsünü təqdim edir:

Firuzə Alimova / MTM