Türklər pomidorlarını “Azərbaycan istehsalı” adıyla Rusiyaya keçirmək istədilər, alınmadı – tonlarla məhsul çölə atıldı
05.03.2020 12:32Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığına Nəzarət Xidməti Kalininqrad bölgəsi üzrə rəhbəri bölgədə Türkiyədən gəldiyi açıqlanan 196 kilo pomidorun məhv edildiyini bildirib.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, “Rosselhoznadzor” media xidmətindən verilən açıqlamaya görə, pomidorlar Çernışevskoye-Kibartay sərhəd məntəqəsində nəzarətdən keçirilərkən, yük maşınının “Liana” ünvanına gəldiyini bildirilib. Sənədlərdə tərəvəzlərin Azərbaycanda istehsal edildiyi yazılmasına baxmayaraq, nəzarət zamanı TIR-da türk pomidorlarının da olduğu aşkar edilib.
Laboratoriya araşdırmalarından sonra pomidorlarda Rusiyaya girişi qadağan olan böcəklərin aşkar edildiyi və qanunlara əsasən məhsulların məhv edildiyi bildirilib.
Firuzə Alimova

