Türklərdən tarixi etiraf: “Güney Azərbaycan haqda ilk dəfə Elçibəydən eşitmişik” – VİDEO
05.03.2020 12:32Türkiyənin canlı efirində Əbülfəz Elçibəy haqqında maraqlı söhbət edilib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Türkiyənin “Haber Türk” kanalında futbol və siyasətin müzakirəsi zamanı video nümayiş olunub. Təbrizin “Traktor Sazi” futbol klubunun matçında Güney Azərbaycanlı azarkeşlər “Yaşa Azərbaycan” şüarı ilə Azərbaycana olan sevgilərini göstəriblər. Daha sonra qonaqlardan biri Güney Azərbaycan və Azərbaycan Respublikasından bəsh edib.
“Azərbaycan deyəndə hamı indiki Azərbaycan Respublikasını nəzərdə tutur. Amma Güney Azərbaycan da var. Bu bölgədə xeyli sayda azərbaycanlı əhali yaşayır. Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəy hər zaman türklərə könül verən bir şəxs olub. Azərbaycanın problemlərini həmişə ön plana çıxarırdı. Bunun üzərindən də türklüyü önə çəkirdi”, – deyə qeyd edib.
O, həmçinin Güney Azərbaycan haqqında ilk dəfə Əbülfəz Elçibəydən eşitdiyini bildirib.
Minirə Qubatova//A24.Az

