Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türklərlə evlənmək istəyən azərbaycanlı qızların DİQQƏTİNƏ! – Bunları bilməyiniz vacibdir

05.03.2020 12:32

Hazırda işsizlik problemi əksəriyyətimizin ən böyük problemlərindən biridir. Texnologiyanın inkişaf etdiyi bir dövrdə iqtisadi problemlər aradan qaldırılarkən işsizlərin sayının artdığına şahid oluruq.

Об этом сообщает Роспрес

Saytımızın məlumatına görə, dünyadakı işsizlik problemi evliliklərə də təsirsiz ötüşməyib. Xüsusilə də Türkiyə ilə qonşu olan Gürcüstan, Suriya, İraq, Azərbaycan, Ermənistan, Bolqarıstan, Yunanıstan, Ukrayna və Rusiya kimi ölkələr 2000-ci ildən bu günə qədər işsizliklə ciddi mübarizə aparan, amma heç cürə nəticə ala bilməyən ölkələr siyahısında yer almaqdadır. Türkiyə bu məqamda cazibə mərkəzi olduğu halda qonşuluqda olan ölkələrin vətəndaşları da müəyyən bir şəkildə Türkiyəyə gəlmək üçün səylər göstərməyə çalışırlar. Bunlar arasında ən çox axın edənlər isə qadınlardır ki, türk kişilərlə evlənərək ölkədə məskunlaşmağı üstün tuturlar.

Hətta İmge Tərcümə Bürosunun son 4 ildə evlənən cütlüklərlə bağlı apardığı araşdırmasına görə, əcnəbi evliliklərin 50 faizi işsizlikdən sıxılan insanların ilk olaraq Türkiyəni seçdiyi və burdakı həyat şərtlərini çox istədiklərini göstəriblər. Yəni əcnəbilərin türklərlə evliliklərində sevgi 50 faizdirsə, bir qismi də iqtisadi şərtlərdən dolayı ölkəmizi seçdiyi söylənilir.

Lakin burda bir məqam var: əcnəbilərlə evlənmək istəyən istər azərbaycanlı xanımlar, istərsə də digər ölkələrin qadınları mütləq bu şərtləri bilməlidir. Belə ki, Türkiyədə əcnəbi qadınlarla evlənənlər bəzi prosedurları yerinə yetirmək məcburiyyətindədir. Cütlüklər evlənmək üçün sənəd hazırlamalıdırlar. Türkiyədə evlənəcək həm əcnəbi kişilər, həm qadınlar üçün lazım olan sənədlər isə bunlardır:

1 – Pasport və tərcüməsi;

2 – Doğum haqqında şəhadətnamənin tərcüməsi və natariusda təsdiqi;

3 – Evlənməyinə hər hansı maneənin olmadığına dair sənədin tərcüməsi və natariusda təsdiqi;

4 – İkinci evliliyidirsə, boşandığına dair sənədin tərcüməsi və natariusda təsdiqi;

5 – Pasport xaric olmaqla bu sənədlərin Türkiyədə etibarlı qəbul edilməsi üçün ölkəyə apostil şəkildə gətirilməsi zəruridir.

Bütün bu sənədlər tamamlanandan sonra cütlüklər evlənmək üçün müraciət edə bilərlər.

Firuzə Alimova