Türkmənbaşı Putinə xoş gəlsin deyə, Bakıdan sonra İrəvana getdi
05.03.2020 12:32Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 23-də Ermənistana rəsmi səfər edib.
Об этом сообщает Роспрес
Qurbanqulu Berdiməhəmmədovu Ermənistana Serj Sarkisyan dəvət edib.
Bir müddət öncə Türkmənistan prezidenti Bakıda azərbaycanlı həmkarı ilə də görüşmüşdü.
Bakı səfərindən sonra Berdiməhəmmədovun Sarkisyanla görüşünün səbəbləri maraq doğurub.
Politoloq Qabil Hüseynli görüşü A24.Az-a şərh edib:
“Zənnimcə, Türkmənistan prezidentinin Bakı səfəri ilə Ermənistana səfəri arasında böyük fərqlər var. Mən İrəvan səfərini sıradan bir səfər hesab edirəm. Türkmənistan öz maraqlarından çıxış edərək Rusiyanın yanında sözü keçən ölkə ilə münasibətləri qaydasında saxlamaq istəyir. Diplomatiya baxımından bu, doğru addımdır.
Bundan əvvəl Bakı səfərində Berdiməhəmmədov Azərbaycan-Türkmənistan münasibətlərinin yeni bir mərhələdə olduğunu, strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını bildirmişdi. Türkmənistanın əsas strateji xətti Türkiyə-Azərbaycan-Türkmənistan üçlüyü istiqamətindədir. Sözsüz ki, İrəvanla bağlı belə fikirlər söyləmək mümkün deyil. Türkmənistanın Azərbaycanla əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə gətirməsi Rusiya və Ermənistanda qıcıq yaradır. Bu səfər də bu məsələləri qaydasına salmaq üçündür. İrəvan görüşündə məqsəd iki dövlət arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsidir”.
Xəyalə Bünyatova // A24.Az

