Türkmənistan prezidentinin 15 qeyri-adi davranışı
05.03.2020 12:32Türkmənistanın bir neçə gün əvvəl yenidən seçilən prezidenti Qurbanqulu Bərdiməhəmmədov şübhəsiz ki, dünyanın ən qeyri-adi siyasətçilərindən biridir.
Об этом сообщает Руспрес
A24.Az 2006-cı ildən bu yana prezidentlik səlahiyyətlərini yerinə yetirən Bərdiməhəmmədovun özünəməxsus davranışlarını təqdim edir:
Əvvəla onu qeyd edək ki, Prezident tədbirli olması ilə tanınır. Boşuna deməyiblər ki, ehtiyat igidin yaraşığıdır. Mətbuat konfransından öncə edilənlər Almaniya kansleri Merkeli də təəccübləndirib. Konfrans başlamamışdan öncə şəxsi qoruması masanın üzərində olan qələmi və su stəkanını dəyişdirib və özününkünü qoyub.
Eyni anda bir neçə idman növü ilə məşğul ola biləcək qədər idman aşiqidir.
Fürsət düşən kimi sazı əlinə alıb mahnı ifa edəcək qədər də musiqi vurğunudur.
Prezidentlikdən başqa DJ-liklə də məşğul olur.
Ən böyük hobbilərindən biri də idman avtomobillərinə olan marağıdır.
Həmçinin, avtomobil yarışlarında da iştirak edir.
Atlara olan marağı daim gözlər önündədir.
Bəzən at sürərkən qəzalarla üzləşsə də, bu marağından əl çəkmir.
Əsl peşəsi isə diş həkimliyidir.
2006-cı ildən bəri Türkmənistan dövlətinin başçısıdır. Son seçimlərdə səslərin 98%-ni toplayaraq daha 7 il hakimiyyətdə qalmağı qarantiləyib.
Məclisin konstitusiya dəyişikliyi ilə ölənə qədər ölkəni başında qalması qanuniləşdirilib.
Paytaxt Aşqabatda 24 əyyarlı qızıldan heykəli ucaldılıb. Abidə 21 metr hündürlüyündədir.
Ötən il “Çay” adlı bir kitab yazıb və xalqına ərməğan edib. Çaylardan, şəfalı otlardan və atlardan danışılan bu kitab ölkədə müqəddəs əsər kimi tanınır.
Qeyd etdiyi ad gününün qonağı Cennifer Lopez olub. Lopez daha sonra Türkmənistana gedib konsert verdiyinə görə üzr istəyib.
Ötən il Rio olimpiyadasında mükafat qazana bilməyən idmançıları vətən xaini elan edib.
İlhamə SULTAN

