Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Türkvizyon” müsabiqəsinin keçiriləcəyi ölkə bəlli oldu

05.03.2020 12:32

Türkdilli ölkələrin müasir estrada musiqisi yarışması – “Türkvizyon” bu il Qazaxıstanda keçiriləcək.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, bu barədə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, “Türkvizyon” müsabiqəsi Türk Musiqi Birliyi (TMB) televiziya kanalının layihəsidir. Layihəyə TÜRKSOY və digər qurumlar dəstək verir.

Müsabiqədə həm türkdilli ölkələrin nümayəndələri, həm də digər ölkə və regionlardan türk əsilli ifaçılar iştirak edə bilər.

Müsabiqə ilk dəfə 2013-cü ildə Türkiyədə keçirilib. İkinci müsabiqəyə 2014-cü ildə Tatarıstanın Kazan şəhəri ev sahibliyi edib.

Xatırladaq ki, İstanbulda keçirilən sonuncu yarışmaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, İran, Albaniya, Moldova (Qaqauz Yeri), Rumıniya, Ukrayna, Belarus, Makedoniya, Kosovo, Serbiyanın Sancaq bölgəsi, Suriya (Bayırbucak) və İraq türkmənlərinin təmsilçiləri qatılmışdı. Münsiflər heyətinin verdiyi ballara əsasən “Türkvizyon-2015”in qalibi Qırğızıstan təmsilçisi Jiydeş İdirisova olmuş, ikinci yeri Qazaxıstanın “Orda” qrupu, üçüncü yeri isə Türkiyə təmsilçisi Görkem Yılmaz qazanmışdı.