“Twitter”in işçisi Trampa belə “od qoydu”
05.03.2020 12:33“Twitter” ABŞ prezindeti Donald Trampın hesabını 11 dəqiqəlik bağlayıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, “Twitter” bununla bağlı açıqlama verib.
Bildirib ki, bunu sosial mediada son iş günü olan əməkdaş edib. Belə ki, sosial şəbəkənin əməkdaşı ABŞ prezidentinin hesabını bağlayıb və işdən çıxıb.
Sözü gedən sosial şəbəkədə 42 milyon izləyicisi olan Trampın hesabına daxil olanda “belə bir səhifə mövcud deyil” yazısı ilə qarşılaşıblar.
Sosial şəbəkədən məsələ ilə bağlı üzrxahlıq edilib və daha geniş araşdırma aparacaqlarını bildiriblər.

