Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Üç ölkə razılığa gəldi — Suriyada Türkiyənin arzusu reallaşır

05.03.2020 12:33

Türkiyə, Rusiya və İran Suriyada təhlükəsiz bölgə məsələsində razılığa gəliblər. Suriyada təhlükəsiz bölgə yaratmaq məsələsinə Astana danışıqlarında iştirak edən təminatçı ölkələr razılıq veriblər. Türkiyə bu məsələdə neçə il idi ki, israr edirdi.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov müzakirələrin ikinci və sonuncu günündə tərəflər arasında əldə edilən razılaşma ilə bağlı açıqlama verib. Açıqlamaya əsasən təminatçı ölkələr – Türkiyə, Rusiya və İran arasında Suriyada daxili münaqişələrdəki tərəflər arasında təhlükəsiz bölgənin yaradılması mövzusunda razılıq əldə edilib. İyul ayının ilk həftəsində Ankarada texniki iclas, sonra isə Astanada yüksək səviyyəli görüş keçiriləcək.

Açıqlamadan sonra türk, rus və iranlı rəsmilər mətni imzalayıblar. Suriyalı müxalifləri təmsil edən nümayəndə heyəti imzalama vaxtı qışqıraraq məclisi tərk ediblər. (report.az)