Ucarda 6 yaşlı uşaq ilk dərs günündə faciəvi şəkildə öldü
05.03.2020 12:33Dünən Ucar rayonunda baş verən dəhşətli qəzada həyatını itirən iki azyaşlının fotosu yayılıb.
Об этом сообщает Руспрес
Sentyabrın 15-də saat 17 radələrində Ucar rayonunun Müsüslü kəndində dəhşətli yol-nəqliyyat hadisəsi vaş verib. Bakı şəhər sakini Elmin Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobili yolayırıcısına çırpılıb.
Nəticədə avtomobildə olan sərnişinlərdən 6 yaşlı Ucal Elmin oğlu Hüseynov və 4 yaşlı Firdovsi Elmin oğlu Hüseynov hadisə yerində ölüblər. Digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, 6 yaşlı Ucal dünən ilk dəfə məktəbə gedibmiş.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. //Axar.az

