Ucarda yanğın: Xəsarət alan ana və uşaq Bakıya göndərildi
05.03.2020 12:33Ucar rayonunda fərdi yaşayış evində yanğın olub.
Об этом сообщает Роспрес
A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axsam saatlarında rayonun Qarabörk kəndində baş verib.
Rayon sakini, 1967-ci il təvəllüdlü Rais Əlsurət oğlu Məmmədovaməxsus evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədova və 2 yaşlı Turan azad oğlu Əhmədli yanıq xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra paytaxta göndərilib.

