Üçüncü İntifada başlanıldı
05.03.2020 12:33ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına reaksiyalar səngimək bilmir.
Об этом сообщает Руспрес
A24.az bildirir ki, Cümə namazından sonra artmaqda olan hərəkatlarda zərərçəkənlərin də sayı çoxalıb. İsrail ordusunun qaz bombaları və mərmilərlə müdaxilələrinə baxmayaraq fələstinli dinc sakinlər daş və təkər yanıqları ilə hücum etməyə davam edirlər. Bu əsnada yaralananlar da artmağa davam edir. Qeyd edək ki, 2 ölü , 101 yaralının olduğu toqquşmada 200 nəfərin də gözyaşardıcı qazlardan xəstəxanalara yerləşdirildiyi bildirilir.
“Qəzəb günü” adlandırılan hərəkat Həmasın çağırışı ilə etiraz yürüyüşlərinə başlamışdı. Toqquşmalar Ramallah, Nablus, Tülkərm, Cənin, Beytullah, Səlfit və Əl-Xəlildə də davam edir. Fələstin qızılayının verdiyi məlumata görə, 11 fələstinli mərmi, 52-si plastik mərmilər və 4 nəfərinsə döyülərək müxtəlif xəsarətlər aldığını bildirib.
Toqquşmaların davam edəcəyi, xəsarət alanların sayının artacağı söylənilir

