Uefa “Qarabağ”ın rəqibini cəzalandıra bilər
05.03.2020 12:33Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” cəzalandırıla bilər. A24.az Apasport.az-a istinadən xəbər verir ki, buna səbəb İtaliya klubunun azarkeşlərinin “Çelsi” ilə səfər matçındakı (3:3) davranışıdı.
Об этом сообщает Руспрес
Belə ki, “Roma”nın fanatları Londondakı qarşılaşmada irqçi şüarlar səsləndiriblər. Onlar “Çelsi”nin müdafiəçisi, 2015-2017-ci illər ərzində “canavarlar”ın formasını geyinmiş Antonio Rudigeri təhqir ediblər. Bu səbəbdən qitənin ali futbol qurumu “Roma”ya inzibati iş açıb.
Məsələyə UEFA-nın Nizam-İntizam Komitəsinin noyabrın 16-da keçiriləcək iclasında baxılacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ikinci qarşılaşma oktyabrın 31-də Romada baş tutacaq.

