Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Uğursuz deputat, bacarıqlı redaktor, Nobel mükafatlı yazıçı – Benavente

05.03.2020 12:33

A24.Az “Nobelçilər” silsiləsindən ədəbiyyat üzrə 1922-ci il Nobel laureatını təqdim edir. Tərcüməçi, yazıçı Əyyub Qiyasın tərcüməsində: “Ədəbiyyat üzrə Nobelçi: Xasinto Benavente-i-Martines”.

Об этом сообщает Футляр от виолончели

1922-ci ildə ədəbiyyat üzrə növbəti – sayca 22-ci Nobel mükafatı görkəmli ispan dramaturqu “1898-cilər nəsli”nin ən üzdə olan nümayəndələrindən birinə – Xasinto Benavente-i-Martinesə təqdim olundu. Adı çəkilən mükafat dramaturqa “ispan dramaturgiyasının ənənələrini böyük ustalıqla yaratdığına və davam etdirdiyinə görə” verildi.
Xasinto Benavente 1866-cı ildə, İspaniyanın paytaxtı Madrid şəhərində, tanınmış həkim ailəsində anadan olmudşu. Ailə təhsilinə və maddi imkanlarına görə seçilirdi. Xasinto Benaventenin atası teatrı sevirdi, onların evində zəngin kitabxana vardı. Həkim kimi böyük şöhrət sahibi olan atası öz evində dövrün məşhur ziyalılarını və tanınmış adamlarını müalicə etmidşi. Hələ 16 yaşı olana qədər Xasinto bir neçə xarici dil bilir, özfəaliyyət dərnəyində çıxış edirdi.
Gələcək nobelçi 1882-ci ildə Madrid universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olur. İki il sonra atası dünyasınını dəyişir və Xasinto Benavente universitet təhsilini yarıda saxlayır.
X.Benavente qayğısız bir həyat yaşayır, dövrün bujua cəmiyyətində hörmət və nüfuz sahibi kimi tanınırdı. Sonralar, daramaturq kimi yaradıcı fəaliyyətə başlayanda Benavente yaşadığı burjua cəmiyyətinin müxtəlif motivlərini öz dram əsərlərində təsvir edirdi.
Gələcək nobelçi müxtəlif illərdə İngiltərədə, Fransada və Rusiyada səyahətdə olur. İspaniyaya qayıtdıqdan sonra şəxsi sirk açmaq təşəbbüsündə olur və bir müddət sonra həyatını bütünlüklə teatra həsr edir.
Xasinto Benaventenin ilk kitabı 1892-ci ildə işıq üzü görür, iki il sonra teatrlarda əsərlərini səhnələşdirməyə başlayırlar. 1899-cu ildə dramaturqun təşəbbüsü və rəhbərliyi ilə Madrid Bədaye teatrı yaradılır. Elə həmin il səhifələrində “1898-ci il nəsli”nin ideyalarını təblig edən “Ədəbiyyat dərgisi”nin baş redaktoru olur. Dramaturq 1908-1912-ci illər ərzində qəzetlər üçün ciddi ədəbi tənqidi məqalələr yazır.
Xasinto Benavente 1912-ildə İspan Dili Kral Akademiyasına üzv seçilir, ondan altı ilə sonra isə İspaniya Parlamentinin deputatı olur. 1920-ci ildə Madirddəki “Espanol” teatrında rejissorluq etməyə başalyır və həmin ildə Parlamtendəki deputatlığı səsvermə ilə ləğv olunur. Parlamentdəki uğursuzluğa baxmayaraq dramaturq kimi yaradıcı fəaliyyətə davam edir və rerejissor kimi teatrdakı işini daha da genişləndirir.
Dramaturq 1922-ci ildə Nobel mükafatı almaq xəbərini ABŞ-da mühazirə oxuyarkən alır. 1933-cü ildə Sovet İttifaqının Dostları Assosasiyasının yaradılmasında yaxından iştirak edir və rus inqilabçılarının həyatından bəhs edən bir pyes yazır. Vətəndaş müharibəsi zamanında respublikaçıların tərəfini saxlayır, Frankonun qələbəsindən sonra Argentinaya mühacirət edir. Lakin qürbətdə çox da qərar tuta bilməyən Xasinto Benavente bir neçə ildən sonra vətənə qayıdır və yeni qurulan rejimi müdafiə etməyə başlayır.
X.Benavente heç vaxt ailə qurmur. Onun bir idmançı xanımla eşq məcarası yaşadığı və hətta homoseksual olması barədə şaiyələr dolaşırdı.
Nobelçi dramaturq 14 iyun 1954-cü ildə, 85 yaşında Madriddə vəfat edir və yaradıcılığı boyu 172 dram əsəri yazaraq, onlara quruluş verir.
Xasinto Benavente pyeslərində digər bir nobelçi ispan dramaturqu Eçegerayın romantik ənənələrindən təsirlənmişdi. Rus dramaturqu və ədibi A.P.Çexovun firkinə görə o, sadə insanların nəzərə çarpmayan həyatını qələmə alırdı. Dramaturqun ən məşhur əsərlərindən biri olan və dünyanın bir sıra aparıcı teatrlarında səhnələşdirilən “Maraqların oyunu” pyesi klassik “del arte” komediya üslubu əsasında qələmə alınmışdı.
1892-ci ildə ilk yaradıcılıq nümunələrini bir yerə toplayaraq nəşr etdirən müəllilf, kitabına “Fantastik teatr” adını vermişdi. Kitaba müəllifin fantaziyalarını və yuxularını əks etdirən səkkiz dramaturji eskizi daxil edilmişdi. Elə həmin il dramaturq poyeziya nümunələrindən ibarət “Versos” və nəsr nümunəsi olan “Cartas de mujeres” (“Qadınlardan məktublar”) kitabını nəşr etdirir. Kitabda qadın psixologiyasını və qadınların həyat tərzini öyrənməyə çalışan müəllif, bununla qadının cəmiyyətdəki əsas rolunu diqqətə çatdırmağa çalışırdı. Bundan sonrakı əsərlərində Xasinto Benavente yaratdığı bütün qadın obrazlarını kişilərə nisbətdə daha güclü və təsirli təqdim etməyə çalışmışdı.
1894-cü ildə Benaventenin ilk pyesi – “El nido ajeno” (Özgə yuva) – səhnəyə qoyulur. Onun dramaturji üslubu Xose Eçegerayın bəlağətli pyesləri ilə təzad təşkil edirdi. Benavente hadisələri peşəkar dialoqun içində paylaşdıraraq, onları sosial və mənəvi şəraitə uyğunlaşdırır, bunu pyesin dinamik inkişafına tətbiq edə bilirdi. O, ənənəvi dramaturji şərəf anlayışını rədd edərək, bütün diqqətini əsas qadın qəhrəmanın üzərində cəmləşdirirdi.
Dramaturqun ilk pyesi ona uğur gətirməsə də, ondan sonra – 1896-cı ildə qələmə aldığı “Gente cocida” (Məşhur adamlar) pyesi bir dramaturq kimi Benaventeyə şöhrət gətirir. Benaventenin pyeslərinə tətbiq etdiyi dramaturji innovasiyalar ispan tamaşaçılarının könlünü oxşayırdı. Beləcə, dramaturq və rejissor Benavente 1896-cı ildən 1907-ci ilə qədər əlli üç pyes yazaraq, səhnələşdirmişdi. Onların arasında yer alan “La gobernadora” (Qubernator arvadı, 1901) pyesi korrupsiyaya qurşanmış əyalət hakimindən, “La noce del sabado” (Şənbə gecəsi, 1903) pyesi isə alleqorik üslubu ilə seçirilərək, özündə hekayə ilə dram ənənələrinin motuivlərini cəmləşdirirdi.
Satirik üslubda qələmə alınan “La princesa Babe” (Şahzadə Babe, 1906) pyesi zadəgan həyatındakı demokratik idelları hədəfə almışdı, “Los malhechores del bien” (Xeyirin şər tərəfi, 1905) pyesində isə müəllif bəzi “ləyaqətli qadınların” yersiz qürurunu satirik dillə tənqid edirdi.
Yuxarıda da qeyd etdiyimiz kimi müəllifə ən böyük uğuru 1907-ci ildə qələmə aldığı “Los intereses creados” (Maraqların oyunu) pyesi gətirmişdi. Pyesdə insan rəftarındakı pessimist davranış tənqid olunur, bu, antik və klassik meydan teatrı ənələlərinin janırına uyğunlaşdırlaraq səhnəyə tətbiq edilirdi. Əsərin əsas qəhrəmanları – kuklalar – öz şəxsi maraqalrı uğrunda mübarizə aparır, ilkin və ibtidai arzuların fonunda nəcib ümidlərə doğru hərəkət edir və nəticədə nəcib ümidlər məğlub olaraq, əriyib itir. Əsərin süjeti ağasına varlı qız almaq fikrinə düşən qulluqçu Krispinanın həyatından bəhs edir. Bu minvalla da o, əlindəki marionetkaları oynadan oyunçu təsiri bağışlayır.
Xosinto Benaventenin klassik stildə, naturalist və psixoloji məqamlarla yüklü kənd faciəsi mövzusunda qələmə aldığı “La malquerdida” (Cəfakeş qadın, 1913) pyesi kişi sevgisinə və onun ögey qızına olan münasibətinə həsr olunmuş ən təsirli dram nümunələrindən hesab olunur.
Adı çəkilən pyeslərin görkəmli ispan dramaturqu Xosinto Benaventinin 1922-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almasında böyük təsiri olmuşdur.