Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ukraynada “SOCAR”ın neft bazası yanır

05.03.2020 12:33

Ukraynanın Odessa vilayətində yerləşən “Svitanok” neft bazasında güclü yanğın baş verib.

Об этом сообщает Футляр от виолончели

“APA-Economics” “Oil News” agentliyinə istinadən xəbər verir ki, adıçəkilən bazada SOCAR və digər şirkətlərin neft məhsulları saxlanılır.

Hazırda neft bazasının personalı təxliyə olunur.

Fövqəladə Hallar Komissiyasının yerli bölməsi yanğının baş verdiyini təsdiqləyib. Qurumdan verilən məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

“Dumskaya” portalı isə yazır ki, neft bazasının ərazisində yanacaq daşıyan avtomobil partlayıb. Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı deyilir.

SOCAR-ın Ukraynadakı törəmə müəssisəsinin mətbuat xidmətinin açıqlamasında isə deyilir ki, yanğın OKKO şirkətinə məxsus olan yanacaq daşıyan avtomobilin partlaması nəticəsində meydana gəlib: “Neft bazasının rezervuarları və çənləri xəsarət almayıb. Yaralılara ilkin tibbi yardım göstərilib”.

 

Новости

Теги