Ukraynalı deputatdan SENSASİON İDDİA: “Şəhər meri Rusiya vətəndaşıdı”
05.03.2020 12:33“Ukraynanın Donetsk vilayətinin Dobropolye şəhər meri Rusiya vətəndaşıdır”.
Об этом сообщает Футляр от виолончели
A24.Az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu haqda Ukrayna “Həmrəylik” partiyası deputatı Dmitri Lubineç öz “Facebook” səhifəsində məlumat yazıb.
Onun sözlərinə görə, Donetsk vilayətinin Dobropolye şəhər meri Andrey Aksenov, hələ 2014-ci ildə Rusiya pasportu almaq üçün sənəd verib.
Deputat Lubineç sübut kimi bəzi fotoları da göstərə biləcəyini deyib:
“Daha əvvəl bu məlumatlara malik idim. Aksenovun mer postuna namizlədiyini irəli sürməyə nə hüquqi nə də mənəvi haqqı yoxdur. Ancaq bugünkü günə qədər nə hüquq-mühafizə orqanları, nə də Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları bu cür “separatçı”nın qarşısını almaq üçün lazımi dəlillər tapa bilməyiblər”.
“Əgər məlum olsa ki, Ukrayna şəhər meri FTX agentidi, heç təəccüblənmərəm”, – deyə deputat əlavə edib.

