Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi – VİDEO

05.03.2020 12:34

Məktəbin təşkilatçı müəllimi “Bilik Günü” tədbiri üçün rəqs nümünəsi hazırlayıb və ona yardımçı olan sinif rəhbərlərindən biri rəqs üçün “Youtube”da Fikrət Əmirovun “Qarabağ inciləri” adı ilə verilmiş musiqidən istifadə edib.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, bu sözləri “Teleqraf.com”a açıqlamasında Masazır qəsəbəsi 3 saylı tam orta məktəbin Uşaq birliyinin rəhbəri Elnarə İsmayılova bildirib.

Onun sözlərinə görə, musiqinin ermənilərin olduğunu bilməyib: “Çünki mahnının adı Fikrət Əmirovun “Qarabağ inciləri” kimi qeyd olunmuşdu. Mətbuatda gedən xəbərlərdən də məlumatlıyıq”.

Birliyin rəhbəri əlavə edib ki, əgər musiqi, həqiqətən də, ermənilərindirsə, direktorumuz adından bütün Azərbaycan xalqından üzr istəyirik.

Qeyd edək ki, Masazırda yerləşən 3 saylı məktəbdə erməni bəstəkarı Ara Gevorqyana məxsus kompozisiya səsləndiriləndirilib. Fikrət Əmirovun oğlu Cəmil Əmirov mətbuata açıqlamasında bildirib ki, səsləndirilən kompozisiya erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” kompozisiyasıdır: “Atam Fikrət Əmirovun belə kompozisiyası yoxdur. Bu, uydurmadır. Bu barədə danışmaqdan yorulmuşam. Ermənilər Fikrət Əmirovun bu əsəri oğurladığını iddia etməklə atamı vururlar”.