“VAZ-21011”lə traktor toqquşdu – Ölü və yaralılar var
05.03.2020 12:35Ağcabədidə ölümlə nəticələnən ağır qəza baş verib. A24.Az xəbər verir ki, rayonun Taynaq kəndində rayon sakini Səfiqulu Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıdan gələn Ağdam rayon sakini Cavanşir Bayramovun idarə etdiyi “Belarus MTZ-89” markalı traktorun qoşqusuna vurub.
Об этом сообщает Руспрес
Nəticədə S.Əliyev və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Bundan başqa Cəlilabad rayonunun Qarazəncir kəndində Bakı şəhər sakini Musa Bayramovun və Astara rayon sakini Teymur Nəsirovun idarə etdikləri “Mercedes” markalı avtomobillər də toqquşub. Nəticədə M.Bayramovun sərnişini, arvadı Həcər hadisə yerində ölüb.

