Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xalq artisti Canəli Əkbərovu təhqir etdi: “O qədər ordenlər veriblər ki, qudurub”

05.03.2020 12:37

Xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı xoşagəlməz qalmaqal səngimək bilmir. Səsləndirdiyi ifadələrə görə xanəndəyə təkcə həmkarları deyil, digər tanınmış sənət adamlarından da tənqidlər gəlib. Xalq artisti Rasim Balayev də qalmaqala biganə qalmayaraq məsələyə öz münasibətini bildirib.

Об этом сообщает Роспрес

“A24.Az” “musavat.com”a istinadən Xalq artistinin rəyini təqdim edir:

“Canəliyə o qədər artıq ordenlər veriblər ki, o qudurub. Üstəlik, onun heç oxumağı da yoxdur. O, elə həmişə onun-bunun dalınca danışıb, durub”.

Xatırladaq ki, xanəndə Canəli Əkbərov muğam televiziya müsabiqəsinin münsiflər heyətində yer ala bilmədiyi üçün həmkarları Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova barəsində ağır, təhqiredici ifadələr işlədib.