Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xalq artisti etiraz etdi: “Mənə deyirlər ki, “Moşu”dan artıq rol canlandıra bilməzsən”

05.03.2020 12:37

Xalq artisti Valeh Kərimov ona dəyər verilməyənlərə qarşı etiraz edib.

Об этом сообщает Руспрес

Bu sözləri a24.az-a açıqlamasında xalq artisti Valeh Kərimov film dəvəti almadığını,onu unutduqlarını etiraz edərkən deyib:

“İndiki filmlərimiz əvvəlkilərə baxanda çox zəifdir. Buna səbəb isə təcrübəsiz,təhsilsiz gənclərin filmlərdə yer almasıdır. Bizim kimi sənətkarları artıq unudublar. Buna görə çox üzülürəm. İstəmərəm ki, xalq bizi unutsun. Film təklifi etmirlər. Elə bilirlər ki, artıq qocalmışam. Deyirlər ki, sənin ən uğurlu obrazın “Moşu”dur, başqa obraz sənlik deyil”.

Xalq artisti həmkarı, “Bəxt üzüyü” filmində həyat yoldaşı kimi rol alan Afaq Bəşirqızı haqqında da öz fikrini bildirib:

“ Afaq xanım mənim ən yaxın sənət dostlarımdan biridir. “Bəxt üzüyü” filmi ikimizin də tanınmasında xüsusi rol oynadı. O film mənim həyatımda xüsusi çevrilişə səbəb oldu. Məni harada görsələr, daha çox Moşu deyə müraciət edirlər. Çox istərdim ki, Afaq xanım Bəşirqızı ilə yenidən eyni filmdə rol alım. Çox təəssüf ki, bu elə arzu olaraq da qalıb”.

Elvin Paşazadə