Yaxtada 1,4 ton kokain tapıldı
05.03.2020 12:41Avstraliya hüquq-mühafizə orqanları xüsusi əməliyyat nəticəsində yaxtada 1,4 ton kokain aşkar ediblər.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, hadisə ilə əlaqədar beşi Avstraliya vətəndaşı olmaqla, 6 nəfər tutulub.
Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Qeyd olunur ki, bu, Avstraliyada bir əməliyyat çərçivəsində aşkar edilən ən böyük kokain partiyasıdır. Xüsusi əməliyyat Avstraliya federal polisi, sərhəd xidməti və Yeni Zelandiyanın gömrük xidməti tərəfindən həyata keçirilib. Əməliyyatın təfərrüatları hələ ki, açıqlanmır.//APA//

